Yuxarı

Dərnəgül yolu nə vaxt açılacaq? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərnəgül yolu nə vaxt açılacaq? - Foto

Uzun müddətdir təmirə bağlanan Ziya Bünyadov prospektində təmir işlərinin əsaslı hissəsi başa çatsa da, hələ də tam istifadəyə verilməyib.

Axar.az əməkdaşı xəbər verir ki, yol qovşaqları bir neçə gün sürücülərin ixtiyarına verildi, ancaq ötən gündən başlayaraq, yenə də biri istisna olmaqla, digərləri bağlanıb.

"Azəryolservis" ASC-dən bildiriblər ki, prospektin qovşaqlar da daxil olmaqla ümumi uzunluğu 9,2 kilometr, hərəkət zolaqlarının sayı isə 10-12 zolaq arasında dəyişir. Artıq yol boyu nəzərdə tutulan qovşaqlardan biri tam istismara verilib, digər 3 qovşaqda isə işlər başa çatdırılsa da, hələlik bağlıdır. Bəzi köməkçi hissələr istisna olmaqla, üç qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin də böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95 faizi görülüb.

Xatırladaq ki, bir müddət öncə Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektinin oktyabr ayında təhvil veriləcəyi rəsmən elan edilmişdi. Hazırda işlərin əhəmiyyətli hissəsi görüldüyü üçün yolun qısa müddətdə paytaxt sakinlərinin ixtiyarına veriləcəyi gözlənilir. Ancaq ASC-dən oktyabr ayı təsdiqlənsə də, konkret tarixi açıqlamayıblar.

Tarix
2014.10.12 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla