Yuxarı

Qəza törətmiş məmur “getdi” – yeri hələ boşdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəza törətmiş məmur “getdi” – yeri hələ boşdur

Ötən il Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəza törətmiş Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun yerinə vakansiya elan edilib.

Axar.az xəbər verir ki, ötən ilin dekabr ayında qəza törədən şöbə müdiri Z.Bəylərov hadisədən sonra bir müddət vəzifəsini icra edib. Lakin avqustda onun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalanıb. İndi isə İcra Hakimiyyəti Z.Bəylərovun yerinə işçi axtarır.

Z.Bəylərov bununla təxminən bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş qardaşı Vidadi Bəylərovun taleyini yaşamış olub.

Belə ki, Tərtər RİH başçısının müavini olmuş V.Bəylərov da vəzifəsindən məhz dogma oğlunun ölümlə nəticələnən qəza törətməsindən sonra azad edilmişdi. V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər rayon icra başçısının müavini V.Bəylərov işdən azad edilmişdi.

Z.Bəylərov isə ötən il Tərtər rayonunda “Toyota Land Kruiser” və KİA avtomobillərinin toqquşması ilə baş verən qəzanın iştirakçısı olmuşdu. Hadisə nəticəsində KİA-nın sürücüsü Elşad Abbasov ölmüş, daha iki nəfər isə xəsarət almışdı.

Tarix
2018.10.24 / 10:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla