Yuxarı

Ramil Usubov polis rəisini cəzalandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov polis rəisini cəzalandırdı

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin araşdırması nəticəsində işdə yol verdikləri nöqsanlara görə Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinin rəisi polkovnik-leytinant Yaşar Göyüşov, bölmənin Bədalan kənd sahə müvəkkili, polis kapitanı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizova töhmət verilib.

Bu barədə Axar.az-a Masallı sakini Qiyas Rəcəbovun hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Masallı Rayon İcra Hakimiyyəti rayonun Türkoba kənd sakini Rəcəbov Qiyas İlyas oğluna mülkiyyətində olan torpaq sahəsində ticarət obyekti tikintisinin aparılması barədə sərəncam verib. Lakin onun həmkəndlisi İlham Qurbanov tikintiyə maneçilik törətməyə başlayıb.

"Ona bu işdə polis qardaşı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizov da dəstək verib. Ona görə də məsələnin obyektiv araşdırılması üçün bu ilin avqust ayında Daxili İşlər naziri Ramil Usubova müraciət etdim. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları barədə araşdırma aparılmasını, eyni zamanda, Q.Rəcəbovun xüsusi mülkiyyətinə qarşı edilmiş qanun pozuntusunun qarşısının alınması ilə bağlı aparılmış təhqiqatın obyektivliyini təmin etmək məqsədi ilə nəzarətə götürməsini xahiş etdim", - S.Vəkilov bildirib.

Həmin müraciət əsasında DİN Baş İctimai Təhlükəsizlik İdarəsində təhqiqat aparılıb. Nəticədə Masallı Rayon Boradigah Polis Bölməsinin rəisi və 2 əməkdaşı vəzifəsindən sui-istifadə etdiyinə və işində yol verdikləri nöqsanlara görə töhmət alıb.

Tarix
2014.10.13 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla