Yuxarı

Komitə sədri İŞİD tərkibindəki azərbaycanlılardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri İŞİD tərkibindəki azərbaycanlılardan danışdı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimlə görüşüb.

Axar.az Komitənin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı səfir Mesaad İbrahim Al-Sulaim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.

Mübariz Qurbanlı isə ilk növbədə, bu ilki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib.

Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu bildirib.

M.Qurbanlı dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib.

Görüşdə həmçinin, gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Tarix
2014.10.15 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla