Yuxarı

51 min nəfərə Prezident təqaüdü ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
51 min nəfərə Prezident təqaüdü ayrıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 51 100 nəfərə Prezident təqaüdləri təyin olunub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, ölkə prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin 01 oktyabr tarixinə 51 100 nəfərə Prezident təqaüdü ayrılıb.

Bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, 01 aprel 2014-cü il tarixdən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. BVM iştirakçılarına, "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə cari il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, 17 mart 2014-cü il tarixli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

Tarix
2014.10.15 / 15:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla