Yuxarı

Evi sökülən sakinlər üçün yeni binalar tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evi sökülən sakinlər üçün yeni binalar tikilir

İstismar müddəti başa çataraq sökülmüş binaların yerində yeniləri tikilir.

Axar.az xəbər verir ki, Heydər Əliyev prospektində yeni yaşayış binalarının inşasına başlanılıb. Paytaxtın Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik H.Əliyev küçələrində istismar müddəti başa çatmış yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilir.

İstismar müddəti başa çatmış həmin binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binalarının tikintisi aparılır.

Xatırladaq ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış daha 8 yaşayış binası sökülüb. Onların yerində müasir, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli mənzillərdən ibarət dörd 7 mərtəbəli yeni yaşayış binasının inşasına başlanılıb.

Tarix
2014.10.16 / 16:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla