Yuxarı

Həftənin ilk iş günü üçün hava proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Şimal-qərb küləyi 20-25 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var, gündüz 10-15 m/s, arabir 18 m/s.

Havanın temperaturu gecə və gündüz 10-14° isti, Bakıda gecə və gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək.

Tarix
2014.10.19 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla