Yuxarı

İnternetdə pullarınızı ələ keçirə bilərlər – Təhlükə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternetdə pullarınızı ələ keçirə bilərlər – Təhlükə

"Ölkədə internet üzərindən biznes sahəsində saxtakarlıqların artması dinamik tempdə inkişaf edir".

Bu sözləri Axar.az-a Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son vaxtlar ölkədə elektron ticarət sahəsində saxtakarlıq hallarının artmasına münasibət bildirərkən deyib. O, elektron ticarətin və internet biznesi üzərində yayılan bu cür saxtakarlıqların baş vermə səbəbini belə şərh edib:

"Məhz bunun nəticəsidir ki, informasiya təhlükəsizliyi məsələsi ilə bağlı problemlər daha da qabarır. Bu da internet biznesinin daha çox inkişaf etməsi ilə bağlıdır. İnsanların elektron ticarət sahəsi ilə alış-veriş edən zaman aldanma halları son zamanlar çoxalıb. Sayta daxil olub alış-veriş edirlər, ancaq bu, baş tutmur və nəticədə kartlardan pullar çıxılır və daha geri qayıtmır. Buna isə "Fişinq" ("Fishing") deyirlər. Hansısa dələduzlar, kriminal insanlar alış-veriş saytlarının saxta variantını, oxşarını yaradırlar. Vətəndaş isə sayta daxil olub alış-veriş edən zaman elə bilir ki, gerçək saytdır. Ancaq bu tələdir. İnsanlar belə saytlardan qeydiyyatdan keçdikdə zəif şifrələrdən istifadə edirlər. Nəticədə "fişinqlər"in ovuna çevrilirlər".

Osman Gündüz dələduzların tələsinə düşməmək üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

"Hesab edirəm ki, kodlar daha güclü, ələ keçirilə bilməyən variantda olsa, daha yaxşı olar. Eyni zamanda, kompüterlərdə virus və troyanların olması ucbatından bazadakı məlumatlar kənar qüvvələrə asanlıqla ötürülür. İnformasiyanın kənara sızmaması üçün kompüter normal vəziyyətdə olmalıdır. Bütün bu problemlərin aradan qaldırılması üçün 1-ci vacib şərt istifadəçilərin özlərinin elementar informasiya təhlükəsizliklərinin qayğısına qalmasıdır. İkincisi, internet üzərindən alış-veriş zamanı qeydiyyatdan keçərkən belə bir saytın mövcudluğu yoxlanmalıdır. Bunun üçün saytın əlaqə nömrələrinin olması çox vacibdir. Ən əsas məsələ isə internet üzərində ilk dəfə alış-veriş edənlər və elektron biznesə yeni qoşulanlar öncə mütəxəssis məsləhəti almalıdırlar".

Tarix
2014.10.24 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Komandolarımız Bakı küçələrini qardaşlığın səsi ilə titrədəcək...

Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla