Yuxarı

Bakıda şok: direktor arvadını 5-ci mərtəbədən atdı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:05

Taxveli Adelya Azər qızının yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli olanTaxveli Ramiz Pərviz oğlu saxlanılıb. İstintaq aparılır.

Cinayəti törətməkdə şübhəli olan “Buta Palas"ın art direktoru Taxveli Ramiz Pərviz oğlunun əməli sübuta yetirilərsə, onu yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızı naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölüb.

Onun həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Onun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Bakı.vs-nın məlumatına görə, o, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

***

"Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin arvadını niyə öldürdüyü məlum olub.

Axar.az Sputnik.az-a istinadən xəbər verir ki, R.Taxveli gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıb. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

O, törətdiyi cinayət əməlinə görə, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini sakitcə gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

Tarix
2018.12.11 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla