Yuxarı

Ailəni yaralayan canavarın başı Bakıya göndərilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailəni yaralayan canavarın başı Bakıya göndərilib

"Canavar dişləyən hər dörd yaralıya quduzluq əleyhinə peyvənd vurularaq evə buraxılıb".

Bu sözləri Axar.az-a Cəlilabad rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Valeh Məmmədov rayonun Bulavar kəndində evə soxulan canavarın dişləməsi nəticəsində yaralanan 4 uşağın durumu ilə bağlı danışarkən bildirdi.

V.Məmmədovun sözlərinə görə, canavarın hücumuna məruz qalaraq yaralananlardan dördünün də vəziyyəti yaxşıdır:

"Yaralılardan biri gəlin, ikisi qız və biri oğlandır. Heç bir ciddi problemləri yoxdur. Yaralılardan birini dişləyib canavar. O qədər də dərin olmayan diş yarası var. Digərləri isə yüngül xəsarət alıb. Çox az sayda əllərində, qollarında xırda, dərin olmayan cızıq yaraları var. İlkin müayinədən sonra dördü də ambulator müayinəyə buraxılıb".

V.Məmmədov bildirdi ki, hələlik yaralılara quduzluğun keçməsi ilə bağlı bir söz demək mümkün deyil:

"Onları dişləyən canavarın quduz olub-olmadığını öyrənmək üçün heyvanın başını kəsib Bakıya göndərmişik. Bakıdan gələcək cavablardan sonra deyə bilərik ki, canavar quduz olub, yay yox. Ancaq bütün ehtimallara qarşı yaralıların hər birinə quduzluq əleyhinə peyvənd vurulub".

Qeyd edək ki, ötən axşam Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 üzvünü yaralayıb. Canavar Yusif Şahmarovun evinə soxulub. Canavar birinci həyətdə olan 3-cü sinifdə oxuyan Aygünə hücum edib. Qız evə qaçmaq istəsə də, pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb. Onun səsinə qardaş-bacıları çıxıb. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən yaralayıb. Daha sonra Vüsal sağ qolunu onun boğazına salaraq canavarı boğub öldürüb, özü isə qolundan yaralanıb.

Tarix
2014.10.27 / 23:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla