Yuxarı

Tibb Universitetinin bu ixtisası ləğv edilib? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda “Müalicə işi” ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib. Dünyada “Müalicə işi” ixtisası yoxdur, “Tibb” ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də “Müalicə işi” ixtisasının adı dəyişdirilib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan “Tibbi profilaktika” ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın “İctimai səhiyyə” ixtisası kimi tanındığını, Azərbaycanda da “Tibbi profilaktika” ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.

Y.Piriyev qeyd edib ki, bununla yanaşı, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fizioterapiya və tibbi reabilitasiya”, “Məşqçilik” və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb:

“Elə ixtisaslar var idi ki, oraya 10 il müddətində heç bir tələbə qəbulu aparılmamışdı. Məsələn, “Həkim yardımçısı”. Yeni yaradılan ixtisaslardan biri də “Tibb bacısı işi” ixtisasıdır. Bu ixtisas üzrə kadrlar daha üst səviyyədə hazırlanaraq əməliyyatlar zamanı yardımçı olacaqlar. Onlar subbakalavr dərəcəsi alacaqlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda ixtisasların sayı azaldılıb.

Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.

Tarix
2019.02.14 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla