Yuxarı

İstirahət günlərində səyahətə çıxanların nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstirahət günlərində səyahətə çıxanların nəzərinə!

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda martın 2-3-də bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvanda havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Tarix
2019.03.01 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla