Yuxarı

Əyyub Kərimov: “Heç cür anlaya bilmirəm ki…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əyyub Kərimov: “Heç cür anlaya bilmirəm ki…”

Milli Məclis "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əlavələr etməyə hazırlaşır. Bu əlavələrdən sonra Azərbaycanda ictimai birliklərin üzvlərinin sayının açıqlanması məcburi olacaq.

Bununla bağlı "Femida" qəzetinin redaktoru, hüquqşünas Əyyub Kərimov və Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıyla əlaqə saxladıq.

Mirvari xanım qərarın qəbul edilməsinin hansı səbəbdən doğması məsələsinə belə aydınlıq gətirdi:

- Əgər üzvlərin sayını soruşsalar, məndə neçə ərizə olduğunu və hansı vaxtdan ərizə qəbulunu dayandırdığımı deyərəm. Onlar üçün bu sual çox böyük önəm kəsb edirsə, qoy soruşsunlar. Hesab edirəm ki, ictimai birliklər arasında fərq var. Bəziləri nə qədər üzvü olduğunu heç özləri də bilmir. Hansı ictimai birlik ki, müstəqildir, onların üzvləri də göz qabağındadır.

Vəkil Əyyub Kərimov isə bu qanun layihəsinin ona heç cür aydın olmadığını və müzakirəyə çıxarılmadan heç bir fikir bildirə bilməyəcəyini dedi:

- Deyək ki, o üzvlərin adı açıqlandı, çap olundu, nə olsun? Məqsəd nədən ibarətdir, bax, bu mənə çatmır. Nə dəyişəcək bununla?

Tarix
2013.12.07 / 15:47
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla