Yuxarı

Taksi şirkətlərinin “ekonom” və “təcili” oyunu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksi şirkətləri yeni oyuna başlayıblar. Məsələn, əlavə ödəniş “ideyası” düşünüb tapan *5550 taksi şirkəti artıq zəngləri “ekonom” və “təcili” olaraq qəbul edir.

Axar.az xəbər verir ki, bu taksi şirkətinə sifariş üçün zəng edilən zaman operator müştəridən “ekonom”, yoxsa “təcili” taksi istədiyini xəbər alır.

Bu iki xidmətin bir-birindən fərqi isə taksinin gəlmə vaxtında və qiymətindədir.

Belə ki, müştəriyə taksi əgər təcili lazımdırsa, şirkət ona yaxınlıqda olan taksilərdən birini təyin edir və göndərir. Bu zaman, “taksi təcili təyin edildiyi üçün” müştəridən əlavə ödəniş tələb edilir. Məsələn, 5 manatlıq yol üçün 6,5-7 manat istənilir. Bu barədə də əvvəlcədən müştəriyə məlumat verilir.

Müştəri əgər “ekonom” taksi sifariş verirsə, taksinin gəlməsi bir qədər gecikir. Belə ki, Bakıxanov qəsəbəsinə taksi sifariş verirsiniz, taksi təyin edilir və məlum olur ki, təyin edilən taksi hazırda Masazır qəsəbəsindədir. Bu da o deməkdir ki, müştəri sifariş verdiyi “ekonom” taksini ən az 30 dəqiqə gözləməli olacaq.

Bu xidmətin qiyməti hazırki standarta uyğun olsa da, gəlmə vaxtı həddindən artıq gecdir. Taksini adətən getdiyimiz ünvana daha tez çatmaq, gecikməmək üçün sifariş verdiyimizi nəzərə alsaq, şirkətin belə bir addımını “tələ” və ya “oyun” adlandıra bilərik.

Sözügedən şirkətdən isə bildirilib ki, yeni qayda müştəriləri getdiyi ünvana daha tez çatdırmaq, müştəri məmnuniyyəti üçün nəzərdə tutulub.

Tarix
2019.03.28 / 11:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiyadan Azərbaycanla bağlı açıqlama

Fransa sərhədimizə yaxın ərazilərə nüvə tullantıları daşıyır

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla