Yuxarı

Direktor işdən çıxarılıb? - Nazirlikdən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:10

Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevin Abbasova rəsmi olaraq işdən çıxarılıb. Bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.

Musavat.com xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.

***

Əgər 162 saylı məktəbin direktorunun vəzifədən azad edilməsi ilə bağlı Təhsil Nazirliyinin saytına xəbər yerləşdirilməyibsə, demək, bu məlumat hələ təsdiq edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfransda deyib.

Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Bildirək ki, Elina Hacıyeva təhsil aldığı məktəbdə intihar edib. Bir neçə gündür bu hadisə ölkə gündəmində böyük rezonans doğurub.

Tarix
2019.04.11 / 16:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla