Yuxarı

Bu dirçəlişin, inkişafın müəllifi odur - Rektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.

ADU-dan Axar.az-a bildirilib ki, konfransda Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Zəngilan rayon 33 nömrəli köçkün tam orta məktəbi, Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi, Ankara Məktəbi məktəb-liseyiBakı Dövlət Universiteti (BDU) nəzdində Gənc İstedadlar liseyi, Bakı “SABİS SUN” Beynəlxalq məktəbi həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası, Bakı Dövlət Universiteti və digər məktəb və universitetlərin müəllim-tələbə kollektivi iştirak edib.

ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri akademik Kamal Abdulla tədbirin ulu öndər Heydər Əliyevə həsr olunmasını əlamətdar hal kimi dəyərləndirib:

“Tələbə-şagird konfransı məktəblə universitetin əlaqəsinin möhkəmlənməsi deməkdir, təhsilin bugünkü hüdudları fonunda məktəb, universitet sistemimizdə gedən islahatlarla bağlıdır. Mənə elə gəlir ki, konfransdan əlavə də bizim tələbələrimiz, şagirdlərimiz, müəllimlərimiz bir-biri ilə maraqlı mövzular ətrafında söhbətlər edə biləcəklər. Məqsəd birdir - Azərbaycan məktəbləri ilə əlaqələri gücləndirmək, ziyalılığın təkcə Bakıda yox, eyni zamanda ən ucqar hüdudlarda da yaşadığını göstərmək. Bütün bunlar Azərbaycan Dillər Universitetində baş verirsə, bizim əlaqələrimiz də bura əlavə edilirsə, o zaman konfransın əks-sədası, inanıram ki, çox uzaq yerlərdən gələcəkdir. Bu gün Azərbaycanın köçkün məktəblərində, yenicə azad edilmiş torpaqlarında fəaliyyət göstərən məktəblərində intibah işləri gedir, dirçəliş işləri aparılır. Bu dirçəlişin, bu inkişafın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyevin fədakar, cəsarətli, qətiyyətli, ləyaqətli siyasəti bu gün Azərbaycanın bütün sahələrini dünyada, regionda təmsil etməklə yanaşı, Azərbaycan təhsilinin də şərəfli yerini göstərir. Prezidentimiz Ulu Öndərin yolu ilə ləyaqətlə addımladıqca bu gün Azərbaycan universitetləri, məktəbləri dünya miqyasına çıxır, dünya universitetləri, məktəbləri ilə əlaqəsini qurur”.

Konfrans “Azərbaycan təhsil sistemi dünya təhsil məkanında”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcümə və mədəniyyətşünaslığın aktual problemləri”, “Dil və ədəbiyyat”, “Qloballaşan dünyada multikulturalizm modelləri”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda bölmə iclasları ilə davam edib və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məzurələrlə çıxış ediblər.

Konfransın bağlanış mərasimində köçkün məktəblərinin şagirdlərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

Tarix
2019.04.19 / 18:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla