Yuxarı

Qala divarlarına bitişik obyekt tikilir? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:07

Bakının tarixi məkanlarından hesab edilən və tarixi irs kimi qorunan Qoşa Qala qapısının yaxınlığında qala divarlarına bitişik obyekt inşa edilir.

Axar.az xəbər evrir ki, bu barədə məlumatı “Təmiz Bakı” səhifəsi paylaşıb.

Fotodan aydın görünür ki, yeni inşa edilən obyekt qala divarlarına bitişik formada tikilir. Tikintinin kimlər tərəfindən aparıldığı məlum deyil. İşlər yaxın günlərdə başlayıb və olduqca sürətlə aparılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məsələ ilə bağlı sorğu göndərilib.

***

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Kiçik Qala küçəsində Qala divarları yaxınlığında tikinti işləri ilə bağlı yayılan məlumatlara cavab verib.

Cavabda bildirilir ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

Həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabrından etibarən idarənin rəsmi veb-səhifəsində mövcuddur”, - məlumatda bildirilib.

Tarix
2019.04.22 / 12:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla