Ana səhifə Toplum |
Prezident İlham Əliyev Şri Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya başsağlığı məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
Tarix
2019.04.22 / 13:07
|
Müəllif
Axar.az
|