Yuxarı

Mahmudov və arvadının bank hesabları şoka saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahmudov və arvadının bank hesabları şoka saldı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan çoxlu sayda bank hesabları açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın “Kapitalbank”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərtürkbank”, “Nikoyıl İnvestisiya kommersiya bankı”, “AGbank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”da olan bank hesabları üzə çıxıb.

Nuranə Mahmudovanın adına rəsmiləşdirilmiş Kapitalbank ASC-nin Sabunçu filialındakı hesabda 153.000 manata bərabər 90.000 ABŞ dolları, 8.400,95 manat, 1.025.843,26 manata bərabər 603.437,21 ABŞ dolları, Vüqar Mahmudovun adına rəsmiləşdirilmiş həmin filialda yerləşən bank hesabından 64.260 manata bərabər 37.800 ABŞ dolları, 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, “Azərbaycan Beynəlxalq Bank”nın mərkəzi filialında yerləşən hesabında 39.650,72 ABŞ dolları, 63,94 manat, Sabunçu filialında yerləşən hesabda 71,82 manat aşkar olunub.

Həm Vüqar Mahmudovun, həm də Nuranə Mahmudovanın qeyd olunan bütün bank hesablarına həbs qoyulub.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Tarix
2019.04.23 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla