Yuxarı

Ermənilər çəkildi: azərbaycanlılar hazır gözləyir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər çəkildi: azərbaycanlılar hazır gözləyir - Foto

İranda bir neçə azərbaycanlı milli-mədəni fəal erməni baş kilsəsinin önündə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Axar.az xəbər verir ki, Kərimullah Nurbəxş, Nasir Məhdəvi, Bayram Məhmüdi, Əsğər Cəfəri, Rza Ağayi, Əli Ağayi, Əli İbrahimi və Söhrab Cəlilzadə adlı milli-mədəni fəallar qondarma erməni soyqırımının Tehranda keçirilməsinə etiraz etdikləri üçün saxlanılıblar.

Məlumat üçün bildirək ki, hər il ermənilərin Türkiyənin Tehrandakı səfirliyinin önündə qondarma erməni soyqırımı ilə bağlı keçirdikləri mitinq bu dəfə soydaşlarımızın fəallığı nəticəsində baş tutmayıb. İran hökuməti ermənilərə mitinqin Tehranın mərkəzində və Türkiyə səfirliyi qarşısında keçirməyə icazə verməyib.

Qeyd edək ki, güneyli millət vəkilləri, o cümlədən minlərlə ziyalı qondarma erməni soyqırımı aksiyasının keçirilməsinə qarşı başladılmış imza toplama kampaniyasına qatılaraq, etirazlarını bildiriblər. Buna görə də ermənilər aksiyaları bu gün səfirlik önündə deyil, yalnız Tehranın Kərimxan küçəsində yerləşən kilsələrində keçirə biliblər.

Güneyli soydaşlarımız hazırda kilsənin qarşısında və ətraf küçələrdə gözləyirlər. Onlar aksiyanın kilsədən kənarda keçiriləcəyi təqdirdə bunun qarşısını almağa çalışacaqlarını bildiriblər.

Tarix
2019.04.24 / 15:03
Müəllif
Aytac Araz
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla