Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov ANS-in "Hesabat" proqramına müsahibə
verib.
Həmin müsahibəni təqdim edirik:
- Əli müəllim, son zamanlar Azərbaycanda sabitliyin
ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına mən rast
gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə hücumlar olur,
polis əməkdaşlarına hücumlar olur. Sanki bu əməlləri törədən
insanların yadından 1991-1992-ci illərin qarışıq vaxtları çıxıb?
İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. Nəyin
nəticəsidir bütün bunlar? Və biz bəlkə vətəndaşlara burdan nəyisə
çatdıraq?
- Zaman keçdikcə əlbəttə nəsillər də dəyişir, nəsillər
dəyişdikcə keçmişin o çətin günləri, ağır günləri, o qarmaqarışıq
anarxiya xaos dövrü də unudulur. Ona görə də bu sabitlik məsələsinə
yeni nəslin münasibəti bəzən təəssüflər olsun ki, bizi
təəssüfləndirir. Dediyiniz kimi ayrı-ayrı fərdlər. Ayrı-ayrı
fərdlərin birləşdiyi kiçik qruplar, ayrı-ayrı Beynəlxaq dairələri
anti-Azərbaycan qüvvələrinə bağlı insanlar və onların təmsil
elədiyi kiçik təşkilatlar belə cəhdlərdə olurlar və belə cəhdlər
göstərirlər. Amma bu cəhdlər yalnız könül bulandırmağa yetir.
Çünki, dövlət - təkrar edirəm çox güclüdür. Dövlət öz daxili
həyatına, ictimai həyat normalarına nəzarət edə bilir, onların
pozulmasının qarşısını ala bilir, qanunlarımız işləyir, hüquq-
mühafizə orqanları ayıq-sayıqdır. Belə bir şəraitdə düşünmürəm ki,
onlar istədiklərinə nail ola bilər.
- Xüsusilə bu halların təhlükəliyini mən nədə görürəm.
Yəqin Siz də mənlə razılaşarsız ki, son zamanlar dini təmayüllü
qüvvələr arasında radikallaşmalar var. Məscidə od vururlar və yaxud
hardasa hansısa addımlar atılır bu istiqamətdə. Düşünürəm ki,
xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılov
faktı əsasında təzyiqlərin artması zəminində bu proseslərə
yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız
yaranır.
- Administrasiyadan bu məsələlər necə görünür? Deyim ki,
Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu
hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və
aksiyalar onların iradəsi ilə baş verir, əlbəttdə bu belə deyil.
Azərbaycan vətəndaşı firəvan, sabit, normal bir həyat yaşamağa
meyyillidir. Və bunu da biz gündəlik həyatımızda, idarəçilikdə
müşayiət edirik. Azərbaycanda mövcud dini cərəyanlar da, bilirsiz
ki, Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar
birləşiblər. Buların icərisində həm adını çəkdiyiniz vəhhabilər də
var, buların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də
var, bunların içərisində nurçular və digər-digər dini cərəyanlara
mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə
qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb
nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətini
sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə Azərbaycan dövlətinin
sabitliyinidə maraqlı olan qüvvələr, dövlətlər də var. Azərbaycanın
tərəfdaşları var, dünya birliyinin Azərbaycanla sabit əlaqələrində
maraqlı olan üzvüləri var. Lakin Azərbaycanın sabit inkişafında
maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsi ilə nəyəsə
nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o
dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat
orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə
qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü
çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olamayanda,
bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda
kiməsə sui-qəsd etmək və.s. Təkrar edirəm bunlar Azərbaycan
vətəndaşlarının qəlbindən gələn və onların həyatına uyğun, onların
davranışlarına uyğun hadisələr deyil.
- Əli müəllim, bir sual da yaranır. Sizin
dediklərinizdən çıxış edərək demək istiyirəm. Son zamanlar fikir
verirəm, rəsmi informasiya vasitələrində, xüsusilə Azərbaycanın
Qərblə münasibətlərində elə bil ki, tonallıq dəyişir. Yəni biz
əvvələr Qərblə mükalimələrdə, polimikalarda sübut etməyə çalışırdıq
ki, bizim insan haqlarıynan, söz azadlığı ilə bağlı, onların
pozulması ilə bağlı bir problemimiz yoxdur. Tutarlı arqumetlər
gətiridik, dəlillər gətirirdik və qarşı tərəfə sübut edirdik ki,
bizdə vəziyyət yaxşıdır. İndi isə sanki kənardan belə görünür –
xüsusilə də bu Amerika Birləşmiş Ştatlarında Ferquson hadisələri və
digər bir günahsız bir insanın ölümündən sonra elə bil ki,
Azərbaycan sübut etmək istəyir ki, bütün dünya, o cümlədən də
Amerika Birləşmiş Ştatlarına və Qərbə baxın sizdə də vəziyyət
pisdir. Yəni biz məqsəd olaraq prioritetlərimizi dəyişmirik ki,
yəni biz öz əsas hədəfimizdə qalırıqmı? Yenə də insan haqlarını
qorumalıyıq, söz azadlığını qorumalıyıq yoxsa, sakitləşməlik. Onsuz
da dünyanın ən qabaqda gedən ölkəsində belədirsə deməli pis olaraq
da qala bilər hər şey?
- Biz uzun müddətdir dünyaya sübut etmək istiyirdik ki,
Ermənistan təcavüzkardır biz isə təcavüzə məruz qalan. Elə bilirdik
dünya, Avropa Şurası, ATƏT, NATO, ABŞ bilmir. Minsk Qrupunun
həmsədr ölkələri, bizə elə gəlirdi ki, bunu bilmir. Amma sonra,
onillər keçəndən sonra görəndə ki, bunlar bunu çox gözəl bilirlər.
Çox gözəl bilirlər ki, Ermənistan-Azərbaycan torpaqlarını işğal
edib. Çox gözəl bilirlər ki, işğal etmiş dövlətə qarşı sanksiyalar
tətbiq etmək, beynəlxalq hüququn gücünü göstərmək lazımdır. Bunlar
məsələdən yayınırdılar. Ukrayna hadisələri fonunda və yaxud da
ondan qabaq – Liviyada, Livanda, Suriyada, Misirdə həmin bu
Təhlükəsizlik Şurasının, həmin o Amerika Birləşmiş Ştatlarının,
Qərb dövlətlərinin dünya müdiriyyəti hesab olunan BMT-nin
qətiyyətli mövqelərini biz görəndən sonra, başladıq biz də bunların
üzərinə getməyə ki, axı sizə indiyə qədər biz deyirdik ki, Dağlıq
Qarabağı ermənilər işğal edib, onları dəstəkləyən qüvvələr var.
Nəyə görə indiyə qədər işğalçı Ermənistananı separatçı rəhbərlərinə
qarşı sanksiya tətbiq olunmayıb?. Nəyə görə, indiyə qədər Dağlıq
Qarabağa gediş-gəliş dünyada qadağan olunmayıb? Necə Ukraynada
tətbiq olunan sanksiyalar – Dağlıq Qarabağ və onun separatçı
rejiminə qarşı tətbiq olunmur? Məhz bunları biz görəndən sonra
başladıq Qərblə öz dilində danışmağa. Biz hal-hazırda ABŞ-la, Qərb
institutları ilə xüsusən də beynəlxalq dairələrlə öz dilində
danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o
qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirlər. Biz artıq o
öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan
hüquqları nədi. Biz deyirk, əgər insan hüquqları doğurdan da bu
dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan 10
illərdir ki, didərgin salınmış bir milyon insanın adi milli
vətəndaş hüquqların bərpa etsinlər. Ən azından onları öz yerlərinə
qaytarılmasını təmin etsinlər.
- O vaxtlar belə bəyanatlar səslənirdi ki, Azərbaycan
Avro-Atlantik sturuktirlara inteqrasiya etməlidir. Bizm yolumuz
belədir və sair və ilaxır. İndi hansısa bir dəyişiklik var yoxsa,
xətt həmin xəttdir, sadəcə olaraq korekturovkalar
edirsiz?
- Bilirsiz, Azərbaycan daxili və xarici siyasəstinin təməlində
milli maraq dayanır. Hansısa, sturuktura inteqrasiya olunmaq,
hansısa surukturda uzaqlaşmaq, hansısa adigər bir sturukturla
birləşmək və yaxud da onun tərkibinə daxil olmaq Azərbaycan dövləti
və Azərbaycan dövlətinin təmsil elədiyi Azərbaycan xalqının
marqlarınada ali məqsəd deyil vasitədir. Ali məqsəd Azərbaycan
dövlətinin təhlükəsizliyini təmin eləməkdi, ərazi bütövlüyünü təmin
etməkdir. İşğal olunmuş ərazilərini işğaldan azad etməkdir,
Azərbaycan xalqını firəvan həyatla təmin etməkdir, işsizliyi ,
sosial problemləri aradan qaldırmaqdır, gözəl insanlar təhsil. Eyni
zamanda onları mənzillə təmin etməkdir və s. Bütün bunlar
Azərbaycan dövlətini qarşısında duran – prezident İlham Əliyevin
qarşısında duran ali vəzifədir. Ali vəzifəyə çatmaq üçün biz
əlbətdə vasitələr seçirik. Vasitələrdən biri Qərb dövlətləri ilə
münasibətləri yaratamaq və onlarla iqtisadi gücü birləşdirmək.
Digər bir hansısa bir dövlətlə təhlükəsizlik maraqlarını
birləşdirib, təhlükəsizliyi təmin etməklə. Üçüncü ilə ərazi
bütövlüyü sahəsində tərəfdaş münasibət yaratmaq və ilaxır və s. Biz
görəndə ki, bizim maraqlarımıza - konkret olaraq bu bölgədə, bu
dövlətlərlə tərəfdaş olamaq, digər dövlətlərlə rəqabət yartma sərf
edirsə, əlbəttə ona gedirik. Təkrar edirəm dövlətin daimi marağı
var. Dövlətin daimi dostu, daimi düşməni – bu İngilis bir məhşur
kəlamı var olmur.
- Azərbaycan dövləti son zamanlar öz tənqidlərində daha
kəskin, daha birbaşa, daha cəsarətlidi. Hətta ABŞ-ın tənqid
olunması Azərbaycan dövlət sturukturlar idayaloji aparatının
insanlarından ötürü bu gözlənilməz hal deyil. Amma bir şey
maraqlandırır məni. Biz heç bir vaxt Rusiyanı, İranı bu dərəcədə
açıq və birbaşa kəskin bir şəkildə tənqid etməmişik.
- Onlar da bizi tənqid etmirlər məhz ona görə. Bilirsiz tənqid,
təkrar deyirəm prinsiplərə söykənməlidir. Əgər doğrudan da
Azərbaycanda Qərbin dəyərləri olan demokratiya insan hüquq və
azadlıqları, söz adlığı, mətbuat azadlığı, ərazi bütövlüyü,
insanların təhlükəsizliyi, bu məsələ doğrudan da bütün dünyada
Azərbaycanda olduğu kimi təbliğ olunursa, qorunursa, onlarda
hansısa bir dairə bizi tənqid edirsə normal yanaşırıq. Amma davamlı
bir şəkildə olmayan bir şeyi bizə məcbur edib qəbul etdirmək
istəyirlər. Amma özlərinə aid olan hüquqlardan deyə vaz keçirlərsə,
əlbəttə biz onlara cavab veririk. Rusiya da, İran da bizimlə daxili
işlərə qarışmama prinsipi əsasında, o cümlədən Çin Xalq Respulikası
və digər dövlətlərlə münasibətlər qurubdur. Biz bir-birimizə
töfsiyələr verə bilərik. Biz bir-birimizə hansısa məsələlərdə
məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib etməmk o dövlətin
öz işidir. Amma imperativ bir şəkildə hansısa, ideyanı hansısa bir
mətbuat katibinin nümayəndəsi deyəndə ki, bunu mütləq Azərbaycan
bunu etməlidir .