Yuxarı

“Azərişıq” və bu İB nümayəndələri görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” və bu İB nümayəndələri görüşdü

Sahibkarların rahat fəaliyyəti, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı “Azərişıq” ASC-nin “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi həyata keçirilib, qonaqların müxtəlif məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb. Həmçinin İctimai Birliyə üzv olan iri ticarət şəbəkələrinin nümayəndələri ilə elektrik şəbəkəsinə qoşulma və elektrik enerjisindən istifadə qaydaları ilə bağlı maarifləndirici söhbət aparılıb.

Tədbirdə “Azərişıq” ASC-nin həyata keçirdiyi elektron xidmətlər, o cümlədən regionlarda mütəmadi olaraq sahibkar və vətədaşlarla keçirilən görüşlər barədə də məlumatlar verilib. İctimai Birliyə üzv olan sahibkarlıq subyektlərinin nümayəndələri qarşılıqlı əlaqərin inkişafı, sahibkarların elektrik enerjisindən istifadəsi zamanı keyfiyyət və dayanıqlılıq göstəricilərinin daha da artırılması məqsədilə belə görüşlərin xüsusi rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Məqsəd abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.

Tarix
2026.05.08 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla