Yuxarı

Sabah hava necə olacaq? - Proqnoz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq? - Proqnoz

İyunun 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti təşkil edəcək.

Tarix
2019.06.05 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla