Yuxarı

Kadırovun sözlərinə Leyla Əliyevadan reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovun sözlərinə Leyla Əliyevadan reaksiya

Bizim qısa və spontan görüşümüz oldu. Ramzan Kadırov – çox xoş, səmimi, pozitiv insandır.

Axar.az xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Aptekarski oqorod" nəbatat bağında Azərbaycan Mədəniyyəti Günü çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi - RAGB-in sədri Leyla Əliyeva “Vestnik Kavkaza” nəşrinə Çeçenistan lideri Ramzan Kadırovla Minskdə II Avropa oyunları zamanı görüşü barədə danışarkən deyib.

Leyla Əliyeva görüşdən sonra Ramzan Kadırovun Azərbaycanla bağlı yazdığı xoş sözlərə görə şad olduğunu qeyd edib.

“Çeçenistanı ziyarət edəcəyimə ümid edirəm. Birlikdə bir çox sahədə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yaxşı işlər görə bilərik. Birlikdə həmçinin qayğıya ehtiyacı olan uşaqlarla bağlı da işlər görmək olar. Ümid edirəm ki, Heydər Əliyev Fondu vasitəsilə respublikanı ziyarət etmək və bu cür sosial layihələrdə iştirak etmək mümkün olacaq. Mən bilirəm ki, Çeçenistanda musiqini sevirlər, çünki musiqi dünyanı daha yaxşı edir. Buna görə də orada konsert təşkil edilməsi də mümkündür”, - Leyla Əliyeva bildirib.

Xatırladaq ki, Çeçenistan lideri Ramzan Kadırov Minskdə Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən sonra Azərbaycan-Çeçenistan münasibətlərinin yüksək səviyyədə olması, prezidentlər Vladimir Putin və İlham Əliyevin bu işə verdiyi töhfə, xalqlar arasındakı yaxın münasibətlər barədə yazmışdı. Azərbaycanla mədəni, humanitar və idman sahələrində əlaqələrə yeni impuls veriləcəyini söyləyən Kadırov Leyla Əliyevanı Qroznı şəhərində görməkdən məmnun olacaqlarını bildirmişdi.

Tarix
2019.06.25 / 10:40
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla