Yuxarı

Bakıda məşhur marketdə "Çin yumurtası" satılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur marketdə "Çin yumurtası" satılır - Video

Bakıda növbəti dəfə "Çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub.

Bakıpost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxınlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb.

Yumurtanı qaynadıb yemək istədikdə isə əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb.

"Araz” supermarketindən bildirilib ki, həqiqətən də 28 iyun-4 iyul tarixində mağazalar şəbəkəsində endirim kampaniyası çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta satılıb. Lakin onlar Çindən yumurta idxal etmirlər və məhsulları yerli bazara aiddir.

Qeyd edək ki, saxta yumurtaların satılması faktına ölkəmizdə bir neçə dəfə rast gəlinib. Bu yumurtaların qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafını azalda bilər.

Tarix
2019.07.11 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla