Yuxarı

ADAU-nun yeni korpusu nə vaxt hazır olacaq? - Rektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADAU-nun yeni korpusu nə vaxt hazır olacaq? - Rektor

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonunadək təhvil veriləcək.

Axar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda universitetin rektoru İbrahim Cəfərov deyib. O bildirib ki, ötən il korpusunun tikintisinə 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb:

"Ümumilikdə son 3 ildə universitetin maddi texniki bazasının güclənməsi üçün 50 milyon manatdan çox dövlət vəsaiti ayrılıb. Bu müddət ərzində universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına təxminən 15 milyon manat vəsait yatırılıb".

Rektor onu da bildirib ki, universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

“Hazırda Avropada abituriyent peşə məktəbini əla qiymətlərlə bitirdikdə seçdiyi ixtisas üzrə kollecə imtahansız daxil olur, kolleci əla qiymətlərlə bitirdikdə də o, universitetə qəbul ola bilir. Bunları yaratmaq üçün bu il peşə məktəbi istifadəyə veriləcək. Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazım olan avadanlığın alınmasına sərf ediləcək", - rektor bildirib.

İ.Cəfərovun sözlərinə görə, sentyabrınn15-də molekulyar biologiya mərkəzi də tikilib istifadəyə veriləcək.

Tarix
2019.07.13 / 12:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla