Yuxarı

TurAz Qartalı-2019-un açılış mərasimi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TurAz Qartalı-2019-un açılış mərasimi oldu

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali TurAz Qartalı-2019 birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, general-leytenant R.Tahirov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Komandan bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

Tarix
2019.09.03 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla