Yuxarı

Polisi təhqir edən sürücü üzr istədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi təhqir edən sürücü üzr istədi - Video

11:19

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.

Bu barədə Axar.az-a BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücü ilə yol polisi arasında baş verən mübahisənin videosu yayılıb. Görüntülərdə sürücünün polisi ağır ifadələrlə təhqir etdiyi, polisin böyük səbir nümayiş etdirdiyi əks olunub.

***

Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.

Report-un xəbərinə görə, hadisə barədə danışan sürücü deyib ki, polis əməkdaşı ondan sənədini təqdim etməsini istəyib.

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”, - F.Nəsirov bildirib.

Tarix
2019.09.18 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla