Yuxarı

XİN-dən sərhəddəki təxribatla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən sərhəddəki təxribatla bağlı - Açıqlama

Məlum olduğu kimi, bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutmuşlar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində Azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir.

Bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir. Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir. Mərhumun ailəsinə baş sağlığı veririk", - XİN rəsmisi deyib.

Tarix
2019.10.03 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla