Yuxarı

"Azercell" bölgələrdəki tələbələrlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell" bölgələrdəki tələbələrlə görüşdü

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan Azercell Telekom MMC öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirir.

Axar.az xəbər verir ki, bu dəfə sentyabr ayının 16-dan start verilən Tələbə Təqaüdü Proqramında hər bir tələbəyə iştirak üçün fürsət yaratmaq məqsədilə "Azercell" ölkəmizin bölgələrində yerləşən bütün ali təhsil müəssisələrini ziyarət edib. "Azercell"in İnsan Kapitalının İdarə edilməsi departamentinin mütəxəssisləri Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ali təhsil alan tələbələrlə görüşərək, onlara əmək bazarında mövcud tendensiyalar və istiqamətlər, şirkətdə karyera qurmaq imkanları və Tələbə Təqaüdü Proqramı haqqında geniş məlumat veriblər. Görüş zamanı tələbələrin proqramda iştirak şərtləri, seçim mərhələləri və qeydiyyat qaydası barədə çoxsaylı sualları da cavablandırılıb.

Qeyd edək ki, 2020-ci il üçün elan edilmiş Tələbə Təqaüdü Proqramı çərçivəsində son iki kurs tələbələri akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında qiymətləndiriləcəklər. Qaliblər isə təhsil ilinin sonunadək "Azercell-"dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsində mövcud biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz şans qazanacaqlar.

Xatırladaq ki, "Azercell" Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının (transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.

Yeni dərs ilində "Azercell" təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!

Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2020/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.10.14 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 16 vaqon yanacaq göndərilir

Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

Bütün dünyanın gözü bu gün Mehridədir... - Nikol

Prezident və xanımı Cəbrayılda - Video

Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi...

O, bütün zamanların ölməz Lideri olaraq yaşayacaq

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla