Yuxarı

Poladın bu halı ürək dağladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poladın bu halı ürək dağladı - Video

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Ağdaşda atalığı tərəfindən şiddət görən və müxtəlif xəstəliklərdən əziyyət çəkən 11 yaşlı uşaq üçün dövlət qurumlarına səslənib.

Bu barədə Axar.az-a açıqlama verən İB sədri K.Ağazadə bildirib ki, Ağdaşın Məşəd kəndində 11 yaşlı Polad doğma anası və atalığı olmasına baxmayaraq, səfil şəraitdə yaşayır. Başında müxtəlif yaralar olan 11 yaşlı Polad atalığı tərəfindən məktəbdən də uzaqlaşdırılıb.

K.Ağazadə bildirib ki, aidiyyəti dövlət qurumları uşağın səhhəti və təhsili ilə bu vaxta qədər maraqlanmayıb:

“Qonşuların dediyinə görə, uşaq atalığı tərəfindən təhsildən yayındırılıb və günü 7 manata heyvan otarır. Uşaq tövlədə yaşayır və xəstəliyi də ordan başlayıb, başında xeyli yara var. Atalığı tərəfindən şiddət görür, dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib. Anası həkimə müraciət etmək istəyəndə atalığı bildirib ki, mən cibimdən pul verib, uşağını müalicə edəsi deyiləm ki! Uşaq çox ağır durumdadır, ac, səfil, xəstə, baxımsız…”

K.Ağazadə bildirib ki, anası Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etməyə çalışıb:

“Ancaq onu qəbul etməyiblər. Ananın sözlərinə görə, pulu olmadığına görə xəstəxana müalicədən imtina edir. Uşağın atalığı tərəfindən şiddət görməsini qonşular da təsdiqləyir. Ancaq uşaq qorxusundan bunu gizlədir”.

Uşağı hələlik sığınacağa gətirə bilməyiblər.

“Bizim Poladı sığınacağa gətirə bilməməyimiz səbəbsiz deyil. Əvvəla, aidiyyəti qurumlar buna reaksiya verməlidir. Bizim sığınacaqda başqa uşaqlar da var. Mən o uşaq müayinə və müalicə edilmədən sığınacağa gətirib buradakıları da xəstəliyə yoluxdura bilmərəm. Uşaq dərhal xəstəxanaya yerləşdirməli və müayinə etməlidir. Uşağın xəstəliyi nədir, heç o da dəqiq bilinmir. Uşaq heyvan otardığından və çox vaxt tövlədə yatdığından heyvanlardan infeksiya keçib. Uşaq indi də başqa uşaqlarla yaxınlıq edib onları da buna yoluxdura bilər. Bu uşağın 1 yaşlı qardaşı da var. Nə vəziyyətdədilər bu uşaqlar. Balaca uşaq yerlərdə sürünür, antisanitar vəziyyətdədir”.

Tarix
2019.11.04 / 12:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla