Yuxarı

Direktor xalqa müraciət etdi: Bundan alın... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor xalqa müraciət etdi: Bundan alın... - Video

2019.11.06 - 13:44

Bu gün Bakıda “Medinex” Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi keçirilib.

Axar.az xəbər verir ki, sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Monqolustan, Xorvatiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distributor və istehsalçılar tərəfindən təmsil olunub.

Sərgi çərçivəsində Diamed Co MMC şpris istehsalı zavodunun tanıtım mərasimi keçirilib.

Tədbirdə çıxış edən şirkətin təsisçisi və direktoru Aytən Quliyeva sözügedən zavodun 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmək gücünə malik olduğunu bildirib:

“Hamıya məlumdur ki, mayda Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan əhalisinə böyük bir töhfə verildi. Belə ki, Azərbaycan əhalisinin sağlamlığının təhlükəsizliyinə xidmət edən bir zavod istifadəyə verildi. Zavod 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmək gücünə malikdir. Hazırda şprislərin illik istehsalı 50 milyona yaxındır. Bu isə bütün Azərbaycanı idxaldan azad etmək deməkdir. İstehsal etdiyimiz şprislər çox yüksək keyfiyyətə malikdir. Belə ki, iynələri Yaponiyadan, xammalı isə İsveçrədən gətirilir. Xalqımıza müraciət edirəm ki, yerli şpris alsınlar. Bununla həm iqtisadiyyatımıza xeyir versinlər, həm də sağlamlıqlarını qorusunlar”.

A.Quliyeva növbəti illərdə zavodun xaricə də şpris ixrac edəcəyini söyləyib. O, yerli şprislərin qiymətlərinin xarici brendlərlə müqayisədə ucuz olacağını deyib.

Sərgidə iştirak edən millət vəkili Elman Nəsirov Azərbaycanda şpris istehsal edən zavodun fəaliyyət göstərməsini yüksək qiymətləndirib:

“Qeyri-neft sektorunun inkişafı əsas hədəfimizdir. Hesab edirəm ki, belə bir zavodun işə salınması qeyri-neft sektorumuzun inkişafının bir göstəricisidir. Çox istərdik ki, gələcəkdi bu məhsullarımız “Made in Azerbaijan” brendi adı altında dünya bazarına çıxsın”.

Tarix
2019.11.07 / 00:08
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubova orden təqdim etdi - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

İlham Əliyev yeni baş naziri təbrik etdi

AZAL təyyarəsi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla