Yuxarı

Vitse-spiker türmədə ana olan Lamiyədən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-spiker türmədə ana olan Lamiyədən danışdı

Vitse-spiker Bahar Muradova da Şəmkirin keçmiş icra başçısının oğlunu öldürənlərə çıxarılan hökmdən danışıb.

Axar.az xəbər verir ki, B.Muradova Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyevlə bağlı hökmə münasibət bildirib.

Milli Məclisin iclasında çıxış edən B.Muradova deputat İqbal Ağazadənin Azərbaycanda məhkəmə sisteminin ədalətsiz olduğunu deməsini düzgün saymayıb. Onun fikrincə, heç bir ölkədə məhkəmə sistemi ideal deyil:

"Prosesdə hakim, prokuror, vəkil, cinayəti törətmiş şəxs iştirak edir. Hər hansı prosedur pozuntusu ola bilər və mən razıyam ki, bununla əlaqədar günahı və suçu olan şəxsə qanunun gücü ilə münasibət göstərilməlidir.
Bütövlükdə isə bunu əldə rəhbər tutaraq Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq və demək ki, Azərbaycan insanı məhkəməyə güvənmir və ondan ədalət gözləmir, hesab edirəm ki, məsuliyyətsiz çağırışdır.
Və biz belə bir çağırışa laqeyd qala bilmərik. Azərbaycan məhkəməsi islahatları keçmiş sistemdir. Üç-beş çağırışın müqabilində Azərbaycan hüquq sisteminin fəaliyyətini şübhə altına almaq millət vəkilinə yaraşmaz".

L.Quliyeva və V.Əliyev sabiq başçı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetiriblər. Lamiyə 10 il, Vüqar ömürlük azadlıqdan məhrum edilib.

Tarix
2015.02.02 / 23:24
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla