Yuxarı

Gəncədə ailə faciəsi: əvvəl ana, sonra ata…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə ailə faciəsi: əvvəl ana, sonra ata…

Ötən il analarını həkim səhlənkarlıqları üzündən itirən üç (ikisi ekiz) balaca körpə bu il də maşın qəzası nəticəsində atalarını itiriblər. Bu hadisə kənardan sıradan yol qəzası və itki kimi görünsə də, əslində bir ailənin faciəvi dramıdır.

Axar.az xəbər verir ki, yanvarın 29-da Gəncə-Şəmkir avtomobil yolunda baş verən qəza zamanı Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərovun idarə etdiyi "Mersedes" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Tovuz rayon Bayramlı kənd sakini, 1936-cı il təvəllüdlü Ofeliya Cəbrayıl qızı Məmmədova və 1982-ci il təvəllüdlü Balacayev Elşad Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verdikdən sonra həlak olan Elşad Balacayevin dəhşətli həyat tarixçəsi üzə çıxıb. Onun həyat yoldaşı Fərqanə Balacayeva 2013-cü ilin sentyabrında 4-cü övladını dünyaya gətirərkən həkimlərin səriştəsizliyi ucbatından xəstəxanada vəfat edib. Ancaq qəfil ölümün ailəsinə müəmmalı qalan tərəfləri var. 3-cü hamiləliyini keçirən Fərqanənin bundan əvvəl 3 qızı (ikisi ekiz) olub.

Hadisə baş verdikdən sonra mərhumun həyat yoldaşı E.Balacayev həmin vaxt açıqlama verərək həyat yoldaşına müəmmalı iynə vurulduğunu, bir neçə saatdan sonra isə rənginin qaralaraq öldüyünü demişdi:

"Yoldaşım zəng vurdu ki, gedirik doğum evinə, ona iynə vurulmuşdu. Dedi, vaxtı keçsin, doğuma girəcəm. Çox sevinirdi. Dedi, hər şey yaxşıdır. Heç bir şikayəti yox idi. Ümumiyyətlə, şikayəti yox idi. Mən işdən icazə aldım, çıxdım. Hacıqabula çatanda zəng etdilər ki, vəziyyəti ağırdır. Düşüb taksiylə gəldim, dedilər, ürək masajı olunur. Çatanda dedilər, ölüb. Eşitdim ki, nəsə iynə vurulub. Təqribən iynədən 2-3 dəqiqə sonra rəngi qaralıb, ölüb. O nə iynə idi, bilmirəm, qoy araşdırsınlar, ölçü götürülsün. Mən ədalətin ortaya çıxmasını istəyirəm. Yoldaşım xəstə deyildi, ağrı-acısı da yoxdu. 10 ildi evliydik, şikayəti olmamışdı. Mən prokurorluğa da deyirəm, onun qəbri açılmalı olsa da, bunu edəcəyik".

Tarix
2015.02.03 / 15:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla