Yuxarı

Tağıyevin babasının hamamı dağılır - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin babasının hamamı dağılır - Açıqlama

Sabirabad rayon sakini Mirismayıl Tağıyev ulu babasının 1900-cü ildə inşa etdirdiyi tarixi hamamın yararsız hala düşdüyünü deyib.

Bu barədə Axar.az-a danışan Mirismayıl Tağıyev bildirib ki, həmin hamam rayon üzrə qeydiyyata alınan 17 yerli tarixi əhəmiyyətli memarlıq abidəsindən biri olsa da, aidiyyəti qurumlar təmirlə bağlı tədbir görmür.

“Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər. Bununla bağlı məktub yazmışam, bildiriblər ki, məktubunuza cavab veriləcək. Amma heç bir nəticə yoxdur”, - şikayətçi qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, Sabirabad rayonunda yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi Dövlət Xidmətinin nəzarətindədir. XIX əsrin sonlarında inşa olunan hamam bir neçə ilə öncəyə qədər istifadədə olub. Hazırda isə hamamın bərpaya ehtiyacı var. Bərpa ilə bağlı yaxın vaxtlar üçün hər hansı işlərin aparılması nəzərdə tutulmayıb.

F.Hüseynov deyib ki, sözügedən hamam yerli əhəmiyyətli abidə kimi özəlləşdirilib, bərpa edilərək istifadə oluna bilər:

“Bu məsələ ilə bağlı müraciət etmək istəyən şəxslər həmin abidəni hansı məqsədlə istifadə edəcəkləri ilə bağlı layihə hazırlayıb müvafiq qaydada müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra müvafiq qərar verilə bilər”.

Qeyd edək ki, sözügedən hamam ölkə üzrə qeydiyyatda olan 6308 abidədən biridir.

Tarix
2019.12.05 / 10:17
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla