Yuxarı

Xəzərlə bağlı xəbərdarlıq: Fəsadlar yarana bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərlə bağlı xəbərdarlıq: Fəsadlar yarana bilər

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib. Temperaturun yüksəlməsinin davam etməsi dənizin ekosistemi üçün fəsadlar yarada bilər.

Axar.az xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsi məlumat yayıb.

Qeyd edilib ki, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi, ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb.

Şöbənin apardığı tədqiqatların nəticələrinə görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma Xəzərdə 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə edilir:

"Artım belə davam edərsə, dənizin ekosistemi üçün fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə qırılırlar”.

Xəzərdə səth sularının temperaturunun yüksəlməsi əsasən, qlobal iqlim istiləşməsi ilə izah edilir: “Temperaturun yüksəlməsi hava ilə birbaşa təmasda olan suyun da temperaturunun yüksəlməsinə səbəb olur. Digər tərəfdən, Xəzər dənizinin suyunun səviyyəsinin enməsi də buna təsir edir”.

Tarix
2019.12.07 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla