Yuxarı

Liman şəhərləri təhlükədə: Bəs, Bakı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liman şəhərləri təhlükədə: Bəs, Bakı?

Dünya okeanlarında suyun səviyyəsinin qalxması narahatlıqla izlənilir.

Axar.az xəbər verir ki, bununla bağlı Dünya Bankı araşdırmalar aparıb. Məlum olub ki, 2050-ci ilə qədər dəniz suyunun səviyyəsi 40 sm qalxarsa, liman şəhərləri ümumilikdə 1 trilyon ziyana düşəcək.

Dəniz səviyyəsinin qalxması Yaponiyanın bir çox şəhəri, Amsterdam, Honq-Konq, Şanxay, Nyu York kimi şəhərlərin su altında qalmaq riskini artırır. Ona görə də bu tip liman şəhərlərində istehkamların gücləndirilməs gündəmdədir.

Qeyd edək ki, Bakı da liman şəhəridir və Xəzər dənizinin suyunun qalxması ilə sahil-bərkitmə işləri uzun illər aparılıb. Lakin son illər Xəzərin geri çəkilməsi prosesi yaşanır ki, əslində, bu da növbəti problem kimi qiymətləndirilir. Bu, Xəzərdə gəmilərin hərəkətinə, həmçinin qazma qurğularının sahilə yan almasına çətinlik yaradır, o cümlədən, dənizdəki canlıların yaşamına təhlükə törədir.

Alimlərin hesablamalarına görə, Xəzərdə qabarma və çəkilmələr 100 illik tsikllə davam edir və qarşısıalınmaz prosesdir. Hazırda Xəzərin səviyyəsinin aşağı düşməsinə əsas səbəb kimi Volqa çayının suyunun azalması göstərilir.

Tarix
2015.02.08 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla