Yuxarı

YAP-ın siyahısında "o sensasion ad" çıxmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-ın siyahısında "o sensasion ad" çıxmadı

14:49

Belə bir siyahıda adımın keçməsini arzulayardım.

Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən deyib.

M.İbrahimov qeyd edib ki, hazırda ölkədə deyil:

“İndi Türkiyədəyəm. Cəmiyyətdə fəal bir ictimai xadim, xalqımı sevən biri olaraq, əlbəttə, deputat olmağı istəyərdim. Sabah ölkəyə qayıdacam və bununla bağlı fikrimi bildirəcəyəm”.

Xatırladaq ki, Axşam.az saytı YAP-ın M.İbrahimovun namizədliyini 119 saylı Ağdam kənd seçki dairəsindən irəli sürdüyü haqda məlumat yayıb. Bu dairədən YAP ötən seçkidə tanınmış jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun namizədliyini verib və o, deputat seçilib.

YAP-ın siyahısı hələ rəsmən açıqlanmayıb.

***

YAP-ın rəsmən açıqlanan deputat siyahısında xalq artisti Mənsum İbrahimovun adı yoxdur, 119 saylı Ağdam kənd seçki dairəsindən isə ötən dəfə olduğu kimi, bu dəfə də Bəxtiyar Sadıqovun namizədliyi irəli sürüldü.

Tarix
2019.12.27 / 18:59
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla