Qəbulda ən zəif nəticə göstərən rayonlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, keçən il abituriyentlərin 64.7 faizi imtahandan "2", 13.6%-i "3", 15.7%-i "4", 6 %-i isə "5" qiymət alıb".

Report xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, 2013-cü ildə bu göstəricilər uyğun olaraq 65 %, 13.8 %, 15.7 %, 5.6 % olub: "Göründüyü kimi, keçən il "2" və "3" qiymət alanların faizi nisbətən azalıb, "5" qiymət alanların faizi artıb, "4" qiymət alanların faizi isə dəyişməyib. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

TQDK sədri, həmçinin attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan ballarını müqayisə edib: "Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,17 %-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

Tarix
2015.02.11 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla