Yuxarı

Qadın daxili orqanında narkotik gizlədibmiş - Həbs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın daxili orqanında narkotik gizlədibmiş - Həbs

Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitə keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiyaya gedən Hüseynov Turac Rəhman oğluna məxsus çamadanın alt hissəsindəki astarın içərisində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Hüseynov Turac Rəhman oğlu şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı Qurbanova Pərvanə Bayram qızının üzərində aparılmış şəxsi yoxlama zamanı onun daxili orqanından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülü 2 ədəd bükümdə, ümumi xalis çəkisi 172,756 qram olan narkotik vasitə - heroin aşkar edilib. Qurbanova Pərvanə Bayram qızından aşkar edilən narkotik vasitə heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilib və narkotik vasitəni qəbul edəcək Qarayev Rəşad Ağaverdi oğlu Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunun qarşısında saxlanılib.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2015.02.13 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla