Yuxarı

ÜST açıqladı: Avropanın ən gözəl xanımları Bakıdadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST açıqladı: Avropanın ən gözəl xanımları Bakıdadır

14:54

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda qadın əhalisi arasında ən arıq xanımların Azərbaycanda yaşaması ilə bağlı verdiyi açıqlama maraq doğurub. Araşdırmalara görə, reytinqdə sonuncu yeri qadınları piylənmədən ən az əziyyət çəkən Azərbaycan tutub. Bir sözlə, araşdırmanın yekun qərarına əsasən, Avropada ən incə qadınlar Azərbaycanda yaşayır.

ÜST-ün araşdırmasının gəldiyi nəticə ilə bağlı Axar.az-a açıqlama verən diyetoloq Şəfa Yadigarova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə inanmaq olar.

Diyetoloq bildirib ki, son bir neçə ildir Azərbaycanda qadınlar formada qalmağa xüsusilə önəm verirlər:

“5 il öncə belə deyildi. Ancaq son 1-2 ildir ki, qadınlarımız formada olmağa xüsusi önəm verirlər. Bu gün əksər qadınlarımız xarici görünüşlərinin gözəlliyi üçün çalışır, sağlam qidalanmağa üstünlük verir, idmanla mütəmadi məşğul olur.

O da danılmazdır ki, Amerika kimi ölkələrdə Azərbaycanla müqayisədə arıq qadın azdır, həmçinin orada qadınlar arasında piylənmə üstülük təşkil edir”.

Diyetoloq bildirib ki, hazırda ölkədə köklükdən əziyyət çəkən qadınlar da var, ancaq əksər qadınlar formada qalmağa üstünlük verdikləri üçün son illər arıq xanımların sayında artım müşahidə olunur:

“Son illər vizuallıq ön plana keçdiyi üçün qadınlarımız da buna üstünlük verməyə başlayıb. Hazırda xanımlarımız müxtəlif diyetlərlə, idmanlarla, sağlam qidalanma yolu ilə formada qalmağa calışırlar. Arıqlamaq üçün hətta son illər əməliyyatlara girənlərin də sayının artması göstərir ki, Azərbaycan qadınları arıq olmaq üçün hər vasitədən istifadə edir”.

Xatırladaq ki, reytinqdə sondan ikinci yeri zərif cinsin 16,2 faizinin piylənmədən əziyyət çəkdiyi Moldova tutub, Bosniya və Herseqovina və Ermənistan isə 17,1 faiz göstərici ilə 3-4-cü yerləri bölüşüb.

Rusiyada bu göstərici 18,1%, Gürcüstanda 19,2%, Türkiyədə isə olduqca yüksəkdir – 24.4%.

Avropada qadınları piylənmədən ən çox əziyyət çəkən ölkə Macarıstandır – 28,2%.

Reytinqin üst sıralarında həmçinin Böyük Britaniya (26,9%), İrlandiya (25,1%), İspaniya (24,6%), Almaniya (24,2%), Fransa və Ukrayna (hər biri 22%), İtaliya (20,1%) yer alıb.

Tarix
2020.01.17 / 16:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla