Yuxarı

Xaricdəki Azərbaycan evlərinin sayında kəskin artım var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdəki Azərbaycan evlərinin sayında kəskin artım var

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir. Artıq 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb.

Axar.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu günlərdə Real TV-yə müsahibəsində Azərbaycan evləri barədə ətraflı xəbər verib və bildirib ki, həmin evlər Azərbaycanın bir parçasıdır.

Komitə sədri belə evlərin açılmasının üstünlüklərindən və onların funksiyalarından danışıb. O bildirib ki, həmin evlər xaricdə yaşayan azərbaycanlıların görüş yeridir. Onlar burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilərlər.

Azərbaycan icmasının hər bir üzvü burada asudə vaxtını səmərəli keçirə bilər. Komitə Azərbaycan evlərini hər cür lazımı vəsaitlə təmin edir.

Fuad Muradov əlavə edib ki, yaxın zamanlarda daha 8 ölkədə Azərbaycan evlərinin yaradılması nəzərdə tutulub. Evlərin Almaniya, İtaliya, Polşa, ABŞ, Türkiyə, Estoniya və bir sıra başqa ölkələrdə açılması planlaşdırılır.

Komitə sədri Azərbaycan evlərində həftəsonu Azərbaycan məktəblərinin də yerləşdiyini diqqətə çatdırıb.

Tarix
2020.01.17 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla