İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus
Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham
olunub.
Publika.az xəbər verir ki, sərxoş olan Elbrus qonşusu, 1933-cü
il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il
iyulun 1-də, saat 17 radələrində baş verib.
İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51 ünvanda kirayənişin
kimi qalan Elbrus qonşusunun evində pozğun həyat tərzi keçirən
şəxslərin yaşadığını iddia edib və Rəbiyyənin də pozğun qadın
olduğunu deyib. O, 81 yaşlı qadını nalayiq sözlərlə təhqir
edib.
Rəbiyyə onun çıxıb getməsini tələb edib. Bu zaman Elbrus yaşlı
qadının başından çəkiclə vurub. O, daha sonra yaşlı qadını boğaraq
qətlə yetirib. Elbrus qadının meyitini evin zirzəmisinə atıb.
Ertəsi gün o, meyiti zirzəmidən götürərək yolun kənarına atıb.
Bundan başqa, Elbrus Cəbiyev istintaqa məlum olmayan mənbədən
satış məqsədi olmadan 295,24 qram narkotik vasitə - marixuana əldə
edib. İyulun 3-də onun evində həmin narkotik vasitə aşkarlanaraq
götürülüb.
"Arvadım Günayı və məni nalayiq söyüşlərlə
söydü"
Elbrus Cəbiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 234.1-ci
(satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə
etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Onun barəsində
cinayət işi baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
İş hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada
araşdırılıb.
Elbrus Cəbiyev bildirib ki, "Nur" şadlıq sarayının yaxınlığında
olan torpaq sahəsinə kiçik bir vaqon qoyaraq, iyunun 22-də ailəsi
ilə birlikdə oraya köçüb: "İsmayıllı şəhəri, Q.Aslanov küçəsində
yaşadığım evin kirayə haqqını ödəmədiyimdən evin açarını sahibinə
qaytarmamışam. İyulun 1-də sərxoş hаldа kirаyədə qаldığım evə
gəldim. Həmin vaxt darvazanın qapısını bağlamaq yadımdan çıxmışdı.
Saat 17.00 radələrində həyətdə araq içən zaman Rəbiyyə həyətə
girdi. O, arvadım Günayı və məni nalayiq söyüşlərlə söydü".
"Qadını boğandan sonra taxtanı otluğun üzərinə
tulladım"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəbiyyə əlindəki çəliklə
onun başından vurub və bu zaman çəlik iki yerə qırılıb: "Rəbiyyə
dayanmadan məni söydüyündən və spirtli içkinin təsiri altında
olduğumdan həyətdəki beysbol taxtasını götürərək onun başının arxa
tərəfindən zərbə ilə vurdum. Qadın zərbənin təsirindən üzü üstə
daşın üstünə yıxıldı. Bundan sonra Rəbiyyənin qolundan tutaraq
arxası üstə çevirdim və qarnının üstünə çıxdım. Bundan sonra taxta
ilə onu boğdum. Təxminən 2-3 dəqiqə beysbol taxtası ilə onun
boğazından sıxandan sonra Rəbiyyənin özündən getdiyini gördüm.
Qadını boğandan sonra taxtanı darvazanın yanında otluğun üzərinə
tulladım. Heç kimin heç nə görməməsi üçün darvazanı bağladım.
Rəbiyyənin öldüyünü düşündüyümdən, meyiti gizlətmək üçün evə tərəf
sürüdüm. Meyiti zirzəmiyə tulladım".
"Arvadım polisə təslim olmağı məsləhət
bildi"
Elbrus Cəbiyevin sözlərinə görə, həyat yoldaşı Günaya adam
öldürdüyünü deyib. O qeyd edib ki, sərxoş olduğu üçün arvadı buna
inanmayıb: "Günaya öldürdüyüm adamın meyitinin kirayədə qaldığımız
evdə olduğunu dedim. Lakin kim olması barədə heç nə söyləmədim,
yalnız yaşlı bir qadın öldürdüyümü bildirdim. Günay yenə də mənə
inanmadı. Meyiti arvadıma göstərmək üçün birlikdə kirayə tutduğum
evə getdim. Evə daxil olanda arvadım meyiti otaqda döşəmənin
altında gördü və qorxaraq həyətə qaçdı. Bu zaman mən də qapını
arxadan bağlayaraq evdən çıxdım. Vaqon-evə qayıdanda arvadım mənə
polisə təslim olmağı məsləhət bildi".
"Qadını öldürərkən əynimdə olan paltarları
yandırdım"
Elbrus Cəbiyev bildirib ki, gecə saat 04.00 radələrində yuxudan
oyanıb və meyiti evdən çıxararaq yola atmaq üçün arvadı Günayla
birlikdə kirayə qaldığı evə gəlib: "Evdə olan zərli örtüyü
götürərək qadını ona bükdük. Daha sonra Rəbiyyənin meyitini çiynimə
qoyaraq yolun kənarına gətirdim və orada meyiti çinar ağacının
dibinə qoydum. Daha sonra qadını bükdüyüm örtüyü və onun çəliyini
yandırdım. Daha sonra qadını öldürərkən öz əynimdə olan paltarları
da yandırdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, kirаyədə qаldığı evdən
tаpılmış nаrkotik vаsitə hesab olan qurudulmuş mаrixuanаdаn xəbəri
yoxdur. O bildirib ki, həmin nаrkotik vаsitə onа məxsus deyil.
Məhkəmənin hökmü ilə Elbrus Cəbiyev 17 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.