Yuxarı

Rusiya nümayəndə heyəti ADU-da – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya nümayəndə heyəti ADU-da – Foto

Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib.

Universitetdə tədris olunan dillər haqqında danışan rektor ali təhsil ocağına əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. O, xüsusi tədris olunmayan rus dilinin özünün tədris dili olduğunu bildirib. Dövlətin dil siyasətində rus dilinin xarici dil kimi tədrisinin mühüm komponent olduğunu deyən akademik bu dilin tədrisi üçün universitetdə əhəmiyyətli imkanlar olduğunu söyləyib.

Rektor, həmçinin, rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərməsindən söz açıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən danışıb.

Kitabxananın beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova səmimi qəbula görə təşəkkürünü bildirib. O, kitabxananın fəaliyyəti haqqında məlumat verib. S.Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda qarışılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq Kamal Abdullanı kitabxanada multikulturalizm və qarışılıqlı münasibətlərə həsr olunan mühazirələrlə çıxış etməyə dəvət edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.

Akademik Kamal Abdulla “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını kitabxanaya hədiyyə edib.

Görüşdən sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasını ziyarət edib, iş fəaliyyəti ilə tanış olub.

Tarix
2020.01.23 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla