Yuxarı

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dövlət və ictimai xadimi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Axar.az xəbər verir ki, M.R.Rəsulzadə 138 il bundan əvvəl, 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam oldu. Dövlət başçısı bu münasibətlə 2018-ci ili "Cümhuriyyət ili" elan etmişdi.

Tarix
2022.01.31 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya və ABŞ Bakıda saziş imzaladı

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

Ankaranın bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü

AŞ-ın ölkəmiz haqda Beşinci Rəyi təəssüf doğurur - XİN

Bu şəhər türk dünyasının mədəniyyət paytaxtı oldu

General polkovnikin yerinə onu rəis təyin etdi

Rusiyanı vursalar, dəqiq deyirəm, Avropanı məhv edəcəyik!

Prezident bu şəhərlərə baş konsullar təyin etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla