Yuxarı

Mirələmovun dairəsində şok istefa – DSK üzvü getdi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirələmovun dairəsində şok istefa – DSK üzvü getdi...

33 saylı Xətai birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü Talıb Əhədov vəzifəsindən istefa verib.

Bu barədə Talıb Əhədov özü Axar.az-a açıqlamasında deyib. T.Əhədov bildirib ki, istefasına səbəb dairə və məntəqə seçki komissiyasının üzvləri haqqında sosial şəbəkələrdə həddən artıq alçaldıcı təhqirlərin yazılmasıdır.

O vurğulayıb ki, namizədlərdən yalnız biri – Fuad Abbasov özünü çox ləyaqətlə aparıb və təbliğatını da yaxşı qurub:

“Bunun nəticəsidir ki, dairə üzrə 10 məntəqədə Fuad Abbasov qalib gəlib. Amma təəssüf ki, dünəndən başlayaraq, F.Abbasov da digərlərinə qoşulub və hətta ədalətli seçki keçirən, nümunəvi iş ortaya qoyan məntəqələrdə – o məntəqələr ki, orda özü qalib gəlib – çalışanları da hədəfə çıxarıb. Bu isə dairə və məntəqə üzvlərinin hamısının ucdantutma haqsızcasına təhqir olunmasına bir daha rəvac verib”.

T.Əhədov deyib ki, seçki pozuntusuna yol verən məntəqələr də var, amma ədalətlə, vicdanla işinin öhdəsindən gələn adamları, xüsusilə müəllimləri bu qədər ağır söyüşlərlə təhqir etməyi qəbul edə bilmir:

“Bu haqsız təhqirlərin hədəfi olmamaq üçün istefa verirəm. Həmçinin bir daha o təhqirləri yağdıranlara üz tuturam ki, vicdanla işləyən, sizin səsinizi qoruyanları heç olmasa ayırın, onların arxasında durun! Axı siz hamını necə təhqir edə bilərsiniz? Onların gördükləri iş müqabilində haqq etmədikləri təhqirləri eşitmələrini təsəvvür edə bilirsinizmi?”

T.Əhədov qeyd edib ki, qanunvericilik daxilində seçkidən öncə namizədlərlə də görüşüb və onlara seçki pozuntusu müşahidə edəcəkləri halda akt tərtib etmələrinin və sübutları DSK-ya təqdim etmələrinin vacibliyini bildirib:

“Amma 33 saylı Dairə Seçki Komissiyasına namizədlərdən bircə şikayət, bircə akt, bircə video da rəsmi şəkildə təqdim edilməyib. Dairə Seçki Komissiyası hansı haqla hansısa məntəqənin nəticəsini araşdırmalı idi ki?!”

Tarix
2020.02.13 / 13:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla