Yuxarı

“Prezident əvvəlki kursu bərpa edə bilər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezident əvvəlki kursu bərpa edə bilər”

"Manatın devalvasiyası ilə əlaqədar söhbət çoxdan gedirdi, vaxtaşırı bu məsələni Milli Məclisdə qaldırırdıq. Mən də mütəmadi olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə telefonla danışırdım. Hətta 3 gün bundan qabaq Mərkəzi Bankdan dedilər ki, devalvasiya təxminən 85-90 qəpik səviyyəsində olacaq".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov "Musavat.com"a geniş müsahibəsində manatın devalvasiyası barədə MB-ın qərarınını şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyada, bütün MDB məkanında milli valyutalar ucuzlaşdığı üçün Azərbaycanda da bu müəyyən proses getməli idi: "Amma biz bu səviyyədə gözləmirdik", - deyə iqtisadçı bildirib.

Bu qərarın daxili bazarda qiymət artımını şərtləndirəcəyini vurğulayan millət vəkili qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyi qiymətlərin qalxmaması üçün hər gün hər yerdə monitorinq aparmalıdır:

"Ancaq əksər məhsullar xaricdən gəlir, ordan dollarla alıb gətirirlər. Mən bu gün bir bankla danışdım, adını çəkmək istəmirəm, kreditlərlə əlaqədar olaraq bir gecədə 24 milyon ziyana düşüblər".

Yalnız Prezidentin göstərişi ilə əvvəlki kursa qayıtmağın mümkün ola biləcəyini deyən V.Əhmədov MB-ın bu qərarının manatın sərbəst buraxılmasına bərabər bir addım olduğunu bildirib. O, bu qərarda Rusiya izini istisna etməyib:

"Çünki Azərbaycan MDB məkanında olan dövlətlərdən biridir. Bizim bu ölkə ilə iqtisadi əlaqələrimiz də çox böyükdür. Rublun kəskin dəyərdən düşməsi ola bilsin bizə də təsirini göstərir. Amma mən bunu daha çox dövlət başçısının çıxışı ilə əlaqələndirirəm. Prezident regionların sosial-iqtisadi vəziyyəti ilə əlaqədar keçirilən müşavirədə dedi ki, 1 manat 1 avro səviyyəsinə gətirilib çıxarılmalıdır. Amma çox təəssüf olsun ki, ona da baxmadılar, bu gün 1 avro 1,2 manat səviyyəsinə gətirilib çıxarılıb".

Tarix
2015.02.22 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla