Yuxarı

Bu gün ilk çərşənbədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ilk çərşənbədir

Bu gün Azərbaycan ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Kult.az xəbər verir ki, bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyilir. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:

1. Süfrəyə su dağılması aydınlıqdır,

2. Su içən adamı qəfil vurmazlar,

3. Su içən adamı ilan çalmaz,

4. Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

1. Su olan yerdə dirilik olar,

2. Su ehsandır,

3. Su murdarlıq götürməz,

4. Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Tarix
2020.02.25 / 00:15
Müəllif
Kult
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla