Yuxarı

Moskva hipermarketində “Azərbaycan nemətləri”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada, “Novaya Riqa” yaşayış kompleksindəki “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” guşəsi açılıb.

Axar.az xəbər verir ki, stenddə “Made in Azerbaijan” brendi ilə geniş çeşiddə məhsullar təqdim edilib.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açılış mərasimində çıxış edərək, Moskvanın ən iri supermarketlərindən birində “Azərbaycan nemətləri” guşəsinin yaradılmasının əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycanda istehsal olunmuş məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, habelə onun "Made in Azerbaijan” brendi ilə xarici ölkələrdə irəlilədilməsi üzrə tədbirlər görülür. R.Əliyev xatırladıb ki, ötən il Moskvanın Tver meydanında Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Moskva hökumətinin təşkilatçılığı ilə “Azərbaycanın payız nemətləri” adlı festival böyük müvəffəqiyyətlə keçirilib. Təqribən 70 min moskvalı və Rusiya paytaxtının qonaqları şəhərcikdə olublar. 2019-cu ildə Rusiyada “Azərbaycan nemətləri” adlı bir neçə konseptual mağaza açılıb. Ticarət nümayəndəsi qeyd edib ki, hələ SSRİ dövründə Azərbaycan Rusiyaya və digər respublikalara təzə meyvə-tərəvəz göndərirdi. “İndi biz istehsalı genişləndiririk, özü də söhbət təkcə kənd təsərrüfatı məhsullarından deyil, həm də emal məhsullarından – şərablar, şirələr, mineral sular və digər məhsullardan gedir”, - deyə R.Əliyev bildirib. Onun sözlərinə görə, bütün Rusiya ərazisində Azərbaycanın ticarət evləri açılır.

R.Əliyev “Tvoy dom” hipermarketində Azərbaycan guşəsinin yaradılmasına göstərdiyi köməyə görə “Crocus Group” şirkətin prezidenti Aras Ağalarovun şəxsində bu şirkətlər qrupunun rəhbərliyinə təşəkkür edib.

“Tvoy dom” ticarət mərkəzləri şəbəkəsinin marketinq və reklam departamentinin rəhbəri Məhərrəm Əhmədov bildirib ki, “Azərbaycan nemətləri” guşəsinin açılması “Crocus Group” şirkəti üçün əlamətdar hadisədir. O deyib: “Bizim hipermarketimizdə bu guşənin yaradılması ilk addımdır və mən əminəm ki, bizim əməkdaşlığımız davam edəcək”.

Tarix
2020.02.29 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla