Yuxarı

Azərbaycanda kəsiri olan tələbələrə pis xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Axar.az xəbər verir ki, bu Qayda əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

Dəyişikliyə əsasən, bu Qayda tədrisə qismən cəlb olunma (parttime) növü üzrə təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını əhatə etməyəcək.

Qaydaya edilən əlavəyə əsasən isə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək.

Tarix
2020.03.07 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla